MƏŞHUR MARKET CƏRİMƏLƏNDİ
MƏŞHUR MARKET CƏRİMƏLƏNDİ
BƏZİ MƏHSULLAR ÜZƏRİNDƏ YAZILAN QİYMƏTDƏN BAHA SATILIB
2026-cı ilin yanvar–fevral aylarında “Araz Supermarket” MMC-də yoxlama aparılıb. Yoxlama zamanı bəlli olub ki, supermarketdə bəzi qida məhsulları üzərində yazılan qiymətdən daha baha satılıb.Buna görə supermarket haqqında inzibati xəta protokolu tərtib edilib. Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin pozulması sayılır. Qanuna görə, mal satan və ya xidmət göstərən şəxslər istehlakçıları aldatsa – məsələn, məhsulun çəkisi, ölçüsü, keyfiyyəti və ya qiyməti fərqlidirsə – onlar cərimə olunurlar. Hüquqi şəxslər üçün bu cərimə 4 min manatdan 6 min manata qədərdir.




