ƏHALİ AYDA ORTA HESABLA NƏ QƏDƏR XƏRCLƏYİR?
ƏHALİ AYDA ORTA HESABLA NƏ QƏDƏR XƏRCLƏYİR?
BİR NƏFƏRİN ETDİYİ ALIŞ-VERİŞİN MƏBLƏĞİ AÇIQLANDI
2026-cı ilin yanvar–fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq məhsul satılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, satılan məhsulların 5,5 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,6 milyard manatı isə qeyri-ərzaq malları olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz artıb. Qeyd olunur ki, 2026-cı ilin yanvar–fevral aylarında əhali pərakəndə ticarət şəbəkəsində bir nəfər üçün orta hesabla ayda 491,5 manatlıq alış-veriş edib. Bunun 267,1 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 224,4 manatı isə qeyri-ərzaq mallarına xərclənib.




