200 min yeni iş yeri yaradılacaq
200 min yeni iş yeri yaradılacaq
Böyük Britaniya gənclər üçün 10 milyardlıq iş proqramı
Böyük Britaniya hökuməti gənclər arasında artan işsizliyin qarşısını almaq məqsədilə 1 milyard funt sterlinqlik təxminən 10,7 milyard manatlıq proqram təqdim etməyə hazırlaşır.Plan çərçivəsində 200 min yeni iş yerinin yaradılmasının hədəfləndiyi bildirilir.Təşəbbüs çərçivəsində təqdim ediləcək proqrama əsasən, altı ay və ya daha çox müddətdir işsiz olan 18-24 yaşlı gənci işə götürən şirkətlərə hər bir işçi üçün 3 min funt sterlinq maliyyə dəstəyi veriləcək. Bunun təxminən 60 min gəncə kömək edəcəyi gözlənilir.Bundan əlavə, yeni şagird təşviqi proqramı çərçivəsində kiçik və orta bizneslərə 16–24 yaşlı hər yeni əməkdaş üçün 2 min funt sterlinq ayrılacaq.




