368 MİN DOLLARLIQ CİHAZIN ÜSTÜNLÜYÜ NƏDİR?
İSVEÇRƏ SAAT USTALARINDAN LAMBORGHİNİ QİYMƏTİNƏ QURĞU
İsveçrənin məşhur Jaquet Droz şirkəti insan imzasını avtomatik yazan eksklüziv qurğu təqdim edib. Mexanizmdə 585 detal var və hər biri müştərinin imzasına uyğun fərdi tənzimlənir. Qurğu qələmi sahibinin imzasını millimetr dəqiqliyi ilə təkrarlayır. Belə unikal cihazın təxminən 368 min ABŞ dollarına başa gəlir, yəni təxminən bir Lamborghini avtomobili ilə bərabərdir.




