İSRAİL ƏLİ LARİCANİNİ ÖLDÜRÜB?
İRANIN ALİ MİLLİ TƏHLÜKƏSİZLİK ŞURASININ TALEYİ NAMƏLUMDUR
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb. Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib. “The Times of Israel” isə bildirir ki, Əli Laricaninin aviazərbə nəticəsində yaralanması və ya ölməsi dəqiq bilinmir. İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bu məsələ bilə bağlı bildirib ki, “əhəmiyyətli nailiyyətlər” qeydə alınıb. İran mediası isə Əli Laricaninin öldürülmsəi xəbərini təkzib edib və tezliklə Ali Milli Təhlükəsizlik Şurasının katibinin müraciətinin yayımlanacağını bildirib.




