100 İLLİK QANUNUN İCRASI DAYANDIRILDI
100 İLLİK QANUNUN İCRASI DAYANDIRILDI
TRAMPDAN NEFT BAZARINDAKI PROBLEMLƏRƏ GÖRƏ MƏCBURİ ADDIM
ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin artması fonunda 100 ildən artıq tarixi olan “Cones Aktı”nın tətbiqini 60 gün müddətinə dayandırıb. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit “X” hesabında yazıb.Onun sözlərinə görə, bu qərar Yaxın Şərqdə gərginlik səbəbindən neft bazarında yaranan qısamüddətli problemləri yumşaltmağa yönəlib. Qərara əsasən, xarici bayraq altında üzən gəmilərə müvəqqəti olaraq ABŞ limanları arasında yanacaq daşımaq icazəsi verilib.Qeyd edək ki, 1920-ci ildə qəbul edilən “Cones Aktı” ABŞ daxilində limanlar arasında daşımaların yalnız Amerika bayrağı altında üzən, ölkədə inşa edilən və ekipajı ABŞ vətəndaşlarından ibarət olan gəmilər tərəfindən həyata keçirilməsini tələb edir.




