DÜNYA NEFT VƏ QAZI RİSK ALTINDA
DÜNYA NEFT VƏ QAZI RİSK ALTINDA
RUSİYADA 40 İLİN ƏN BÖYÜK ENERJİ BÖHRANI XƏBƏRDARLIĞI VERİLDİ
Rusiyada 40 ilin ən böyük enerji böhranı barədə xəbərdarlıq edilib. İqtisadiyyat.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə səbəbindən dünya qaz istehsalının təxminən 20 faizi bazara çıxarıla bilmir.
Novak əlavə edib ki, hərbi əməliyyatlar gündəlik ən azı 20 milyon barel həcmində neft tədarükünə də təsir göstərib. O qeyd edib ki, Hörmüz boğazının bağlanması dünya üzrə neft və neft məhsulları ticarətinin təxminən üçdə birini əhatə edir.




