NATO ÖLKƏLƏRİ “YOX” DEDİ
“ABŞ-NİN İRAN PLANINA QOŞULMAQ İSTƏMİRİK”
NATO müttəfiqlərinin əksəriyyəti ABŞ-yə Yaxın Şərqdə İrana qarşı hərbi əməliyyatlara qarışmaq istəmədikləri barədə məlumat verib. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, buna baxmayaraq hər bir ölkə ABŞ-nin mövqeyi ilə qəti şəkildə razıdır və İranın heç bir şəkildə nüvə silahına sahib olmasına icazə verilə bilməz. Tramp jurnalistin ondan ABŞ-nin NATO ilə münasibətlərini yenidən nəzərdən keçirib-keçirmədiyi və ya qurumdan çıxmağı ilə bağlı suala cavabında qeyd edib ki, bu düşünməli olduğu bir məsələdir.




