İŞSİZLƏRİN SAYI AÇIQLANDI
İLK İKİ AYDA 700 NƏFƏR ARTIB
2026-cı ilin mart ayının 1-ə olan məlumata görə, Azərbaycanda 279,8 min nəfər işsiz şəxs olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2026-ci ilin ilk iki ayı ərzində ölkədə işsizlərin sayı təxminən 700 nəfər artıb. Qeyd edək ki, Azərbaycanda bu göstərici son 20 ildə ən yüksək həddə 2021-ci ilin əvvəlində çatıb -375,9 min nəfər, ən aşağı səviyyə isə 2014-cü ildə qeydə alınıb -236,6 min nəfər.




