“YA “TERAFAB”I QURACAĞIQ, YA DA ÇİPSİZ QALACAĞIQ”
İLON MASK 20 MİLYARD DOLLARLIQ ZAVOD TİKDİRƏCƏK
“Tesla” və “SpaceX” şirkətləri ABŞ-nin Texas ştatının Ostin şəhərində iri çip istehsalı zavodu tikməyi planlaşdırır.
Bu barədə hər iki şirkətin rəhbəri İlon Mask açıqlama verib.
Mask bildirib ki, “Terafab” adlandırılan bu layihə həyata keçirilməsə, şirkətlər gələcəkdə çip çatışmazlığı ilə üzləşə bilər: “Ya “Terafab”ı quracağıq, ya da çipsiz qalacağıq”.Onun sözlərinə görə, zavodda istehsal olunacaq çiplər “Tesla” elektromobilləri, “Optimus” humanoid robotları və kosmik sahədə istifadə ediləcək.
“SpaceX” isə bu çiplərdən süni intellekt hesablamaları üçün orbitdə yerləşdirilməsi planlaşdırılan çoxsaylı peyklərdə istifadə etməyi nəzərdə tutur. Hesablamalara görə, belə bir zavodun tikintisi üçün 20 milyard dollardan çox vəsait tələb olunur.




