CORCİNA İLƏ RONALDONUN 20 MİLYONLUQ FOTOSU
ULDUZ CÜTLÜYÜN PAYLAŞIMI İZLƏYİCİLƏRİ ŞOK ETDİ
Ulduz futbolçu Kriştianu Ronaldo və nişanlısı Corcina Rodrigez son paylaşımı ilə yenidən gündəmə gəlib. Corcina lüks avtomobildə Ronaldo ilə çəkilmiş fotolarını izləyiciləri ilə bölüşüb. Paylaşım qısa müddətdə böyük maraq doğurub, xüsusən də fotodakı zinət əşyaları və avtomobilin 20 milyon dollardan artıq qiyməti izləyicilərin diqqətini cəlb edib. Bugatti Centodieci Avtomobilinin qiyməti 13,5 milyon dollar,nişan üzüyü 6 milyon dollar, Kriştianonun saatı 700 min dollar, Corcinanın saatı isə 450 min dollar dəyərindədir.




