OTELLƏRDƏ YENİ QAYDA
KİÇİK ÖLÇÜLÜ ŞAMPUN VƏ DUŞ GELLƏRİ YIĞIŞDIRILIR
Avropa İttifaqı otellərlə bağlı yeni qayda qəbul edib.Bu qaydaya görə, otel otaqlarında olan kiçik ölçülü yəni 100 ml-dən az şampun, duş geli və losyonlar 2030-cu ilə qədər yığışdırılacaq.
Səbəb odur ki, bu cür birdəfəlik plastik qablar çox vaxt tam istifadə olunmur və zibilə atılır. Nəticədə hər il çoxlu plastik tullantı yaranır.Yeni qaydaya əsasən, otellər artıq kiçik qablar yerinə böyük, doldurulan dozatorlardan istifadə edəcək.Bu dəyişiklik ətraf mühiti qorumaq və plastik tullantıları azaltmaq məqsədi daşıyır.Yeni sistem çərçivəsində mehmanxanalar vanna otaqlarında doldurula bilən iri dozatorlar quraşdıracaq. Bir çox beynəlxalq otel şəbəkələri artıq bu sistemə keçid edir, bu addım Avropanın 2050-ci ilə qədər “iqlim neytrallığı” hədəfinin mühüm hissəsi sayılır.




