AZƏRBAYCAN NEFTİ KƏSKİN BAHALAŞDI
AZƏRBAYCAN NEFTİ KƏSKİN BAHALAŞDI
DÖVLƏT BÜDCƏSİNƏ “QARA QIZIL”DAN GƏLİR İKİ DƏFƏ ÇOXALDI
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,55 ABŞ dolları və ya 6,6 % artaraq 121,25 ABŞ dolları təşkil edib. Report-un məlumatına görə Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 7,17 ABŞ dolları və ya 6,7 % artaraq 114,41 ABŞ dolları təşkil edib. Onu da deyək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 15,81 ABŞ dolları, maksimal qiyməti isə 149,66 ABŞ dolları olub.




