TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
ATU-NUN MƏZUNLARI İLƏ BAĞLI STATİSTİKA
2025-ci ildə Azərbaycan Texniki Universitetindən 1569 nəfər məzun olub. Bu barədə məlumat Dövlət Məşğulluq Agentliyinin açıqladığı “Məzunların məşğulluq reytinqi”ndə yer alıb. “Yeni Avaz” xəbər verir ki, bua li məktəbin işlə təmin olunan məzunlarının 563 nəfərinin, yəni 51,5%-nin əməkhaqqı 400 manatdan aşağı olub. 401–500 manat arasında əməkhaqqı alan məzunların sayı isə 214 nəfər təşkil edib. 1400 manatdan yuxarı əməkhaqqı alan məzunların sayı isə cəmi 6 nəfər olub. Texniki Universitetin məzunlarını ən çox işə götürənlər arasında “Araz”, “Bravo”, “OBA” kimi supermarketlər, “McDonald’s Azərbaycan” üstünlük təşkil edir.
CƏDVƏL:
“Araz Supermarket” MMC – 37 nəfər
“McDonald’s Azərbaycan” QSC – 20 nəfər
“İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC – 16 nəfər
“Azərbaycan Supermarket” MMC (“Bravo” market) – 14 nəfər
“ABC-Telecom” MMC (“Kontakt Home”) – 12 nəfər
“Avia-Aqreqat Zavodu” MMC – 11 nəfər
“Code” MMC – 10 nəfər
“OBA Market” MMC – 9 nəfər
“ANC Group” MMC (“Rahat” market) – 9 nəfər
“Amburan İK” MMC – 7 nəfər




