DUBAYDA MALİYYƏ BÖHRANI YARANIB?
İRANDAKI MÜHARİBƏ BƏƏ BANKLARININ İŞİNİ ÇƏTİNLƏŞDİRİB
ABŞ və İsrailin İrana hücumu nəticəsində başlayan və artıq bir aya yaxındır ki, davam edən müharibədən Dubay bankları ciddi əməliyyat çətinlikləri və təhlükəsizlik riskləri ilə üzləşiblər. Fed.az xəbər verir ki, bu da ofislərin bağlanmasına, işçilərin təxliyəsinə və təhlükəsizlik tədbirlərinin artırılmasına səbəb olub. «Citi», «Standard Chartered» və «Goldman Sachs» da daxil olmaqla, böyük beynəlxalq banklar, İranın Körfəzdəki maliyyə maraqlarına qarşı təhdidlərindən sonra filiallarını bağlayıb və ya evdən işləmə modellərinə keçiblər. Dron hücumları rəqəmsal infrastruktura da xələl gətirib. Amma əsas problemlərdən biri Dubayın reputasiyasının korlanmasıdır. Vəziyyətin gərginləşməsi bəzi bankirlərin və firmaların şəhərdəki mövcudluğunu yenidən nəzərdən keçirməsinə, bəzi əcnəbilərin isə təhdidlərdən sonra şəhəri tərk etməsinə səbəb olub.




