“DƏRHAL İŞ YERLƏRİNDƏN UZAQLAŞIN”
SEPAH TEXNOLOGİYA ŞİRKƏTLƏRİNİ VURACAĞINI BƏYAN ETDİ
SEPAH regionda gərginliyi artıran açıqlama ilə çıxış edib. İslam İnqilabı Keşikçiləri Korpusu sui-qəsdlərə cavab olaraq aprel ayının 1-dən ABŞ ilə əlaqəli İT və texnologiya şirkətlərini hədəf alacağını bəyan edib. Bəyanatda “Cisco”, “HP”, “Intel”, “Oracle”, “Microsoft”, “Apple”, “Google”, “Meta”, “IBM”, “Dell”, “Palantir”, “Nvidia”, “JP Morgan”, “Tesla”, “GE”, “Spire Solutions”, “G42”, “Boeing” kimi şirkətlərin adları yer alıb. “Bu müəssisələrin əməkdaşlarına tövsiyə edirik ki, öz həyatlarını qorumaq üçün dərhal öz iş yerlərindən uzaqlaşsınlar. Region ölkələrində bu şirkətlərin ətrafında yaşayan sakinlər də 1 km radiusda ərazini tərk edib təhlükəsiz yerlərə getsinlər”, – deyə xəbərdarlıqda deyilir.




