ELEKTRON SİQARETLƏ BAĞLI YENİ MƏHDUDİYYƏT
5000 MİN MANATADƏK CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
Azərbaycanda elektron siqaretlərlə bağlı yeni məhdudiyyətlər tətbiq olunub. 1 aprel tarixindən
elektron siqaret satanlar və istehsal edənlər 5000 manatadək cərimələnəcəklər.Belə ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcəklər.




