İRAN MÜHARİBƏSİ RUSİYANIN ENERJİ GƏLİRLƏRİNİ ARTIRDI
İRAN MÜHARİBƏSİ RUSİYANIN ENERJİ GƏLİRLƏRİNİ ARTIRDI
ƏLAVƏ 110 MİLYARD DOLLAR QAZANC ƏLDƏ EDƏ BİLƏR
İranla bağlı gərginlik fonunda Rusiyanın neft və qaz gəlirləri mart ayında gözləniləndən daha çox artıb.Gəlirlər fevral ayında 5,4 milyard dollar,mart ayında isə təxminən 7,7 milyard dollara çatıb.Urals markalı xam neftin qiymətinin kəskin şəkildə artdığı, Hindistana göndərilən yüklərin hətta bəzən Brent markasından daha baha satıldığı bildirilir. Rusiya son 3 ildə ən yüksək gəlirlər əldə edir. Eyni zamanda Rusiyanın aluminiumunun qiyməti 30% bahalaşıb. Ekspertlərin fikrincə,Rusiya bu il əlavə 110 milyard dollar gəlir əldə edə bilər.




