ÇİNDƏ AVTOMOBİL YOLUNDA PANİKA
DONAN ROBOTAKSİLƏR ZƏNCİRVARİ QƏZALARA SƏBƏB OLDU
Əvvəldə intersum
Çinin Uhan şəhərində pilotsuz taksi sistemində genişmiqyaslı nasazlıq baş verib.Belə ki,”Baidu” şirkətinə məxsus 100-dən çox pilotsuz avtomobil eyni anda işlək yolların, estakadaların və sürət magistrallarının tən ortasında dayanıb. Bir çox insan maşınların içində bloklanmış vəziyyətdə qalıb. Salonlardakı ekranlarda nasazlıq barədə bildiriş və heyətin 5 dəqiqə ərzində gələcəyi vədi görünsə də, reallıqda insanlar 30 dəqiqədən 90 dəqiqəyədək tələdə qalıblar. Bəziləri yolun sürətli hissələrində avtomobili təhlükəsiz tərk edə bilmək üçün “SOS” düyməsindən istifadə edib və polis çağırmalı olublar.
Məlumata görə, adi sürücülərin zolağın ortasında qəfil donub qalan robotaksilərə çırpılması nəticəsində zəncirvari qəzalar da baş verib.




