VAŞİNQTONDAN 1,5 TRİLYON DOLLARLIQ ULTİMATUM
VAŞİNQTONDAN 1,5 TRİLYON DOLLARLIQ ULTİMATUM
ABŞ HƏRBİ XƏRCLƏRİNİ REKORD HƏDDƏ ÇATIRIR
ABŞ administrasiyası 2027-ci maliyyə ili üçün nəzərdə tutulan milli müdafiə büdcəsinin layihəsini açıqlayıb. Breaking Defense nəşrinin yaydığı məlumata görə, Ağ Ev Konqresdən rekord məbləğdə — 1,5 trilyon dollar vəsait tələb edir. Bu, ABŞ-nin indiyədək qəbul etdiyi ən böyük hərbi büdcə olmaqla yanaşı, həm də qlobal hərbi balansda ciddi dəyişikliklərdən xəbər verir.




