TANINMIŞ FİZİKDƏN GÖZLƏNİLƏN TƏHLÜKƏ BARƏDƏ XƏBƏRDARLIQ
NÜVƏ SİLAHLARI XİROSİMANI MƏHV EDƏN BOMBALARDAN 60 DƏFƏ GÜCLÜDÜR
Tanınmış fizik və həkim İra Helfand müasir nüvə silahlarının dağıdıcı gücü ilə bağlı tükürpədici faktlar açıqlayıb. Onun sözlərinə görə, bəşəriyyət gözlənilən təhlükənin miqyasını hələ də tam dərk etmir.O bildirib ki,müasir ABŞ və Rusiya arsenalları Xirosimanı məhv edən bombadan 6-50 dəfə daha güclüdür.Bir şəhərə yalnız bir yox, onlarla bomba atıla bilər.
Genişmiqyaslı nüvə müharibəsi ilk 24 saatda 200-300 milyon insanın ölümünə səbəb olacaq.
Partlayışlardan yaranan tüstü günəş işığını bloklayaraq süni “buzlaşma dövrü” yaradacaq, bu isə qlobal qıtlıq və milyardlarla insanın aclıqdan ölməsinə gətirib çıxaracaq.




