YAĞIŞIN VURDUĞU ZİYANLA BAĞLI MÜAŞVİRƏ KEÇİRİLİB.
YAĞIŞIN VURDUĞU ZİYANLA BAĞLI MÜAŞVİRƏ KEÇİRİLİB. BAŞ NAZİR DƏYƏN ZİYANLA BAĞLI TAPŞIRIQLAR VERİB
Baş naziri Əli Əsədovun sədriliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib. Nazirlər Kabinetinin məlumatına görə müşavirədə martın 26 – 28-də respublikanın leysan yağışları və sel sularının ən kəskin ziyan vurduğu bir sıra şəhər və rayonlarında nəticələrin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.




