ŞAHBAZ ŞƏRİF: “İRAN İLƏ ABŞ ATƏŞKƏS BARƏDƏ RAZILIĞA GƏLİB”
TƏRƏFLƏR 10 APREL İSLAMABADDA GÖRÜŞƏCƏK
İran ilə ABŞ və onların müttəfiqləri atəşkəs barədə razılığa gəliblər.Bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkə hesabında yazıb.
”Bu müdrik jesti hərarətlə alqışlayır, hər iki ölkənin rəhbərliyinə ən dərin minnətdarlığımı bildirir və bütün mübahisələri həll edəcək yekun razılaşma üzrə əlavə danışıqlar aparmaq məqsədilə onların nümayəndə heyətlərini 10 aprel 2026-cı il, cümə günü İslamabada dəvət edirəm”.
Şahbaz Şərif qeyd edib ki, “İslamabad Danışıqları” davamlı sülhə nail olmaqda uğur qazanacaq. https://report.az/region-xeberleri/sahbaz-serif-iran-ile-abs-derhal-ateskes-barede-raziliga-gelib




