PREZİDENTİN KÖMƏKÇİSİ YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ
XALİQ ƏHƏDOV TƏBİB-İN MÜŞAHİDƏ ŞURASININ SƏDRİ OLDU
Prezident İlham Əliyevin Sərəncamı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiqlənib.Sərəncama əsasən, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi – Xalid Əhədov TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsini icra edəcək.Qeyd edək ki, Xaliq Əhədov 1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. “Bank of Baku”-da “Unibank”-da müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin “Atəşgah sığorta”nın Müşahidə Şurasının üzvü, “Millikart” prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.”AzərTürkBank”-ın və ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.
2018-ci ildən Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışmağa başlayıb. 2022-ci ildən isə Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir.Ailəlidir,üç övladı var.




