YAĞIŞIN SIĞORTALI ƏMLAKLARA VURDUĞU ZİYANIN HƏCMİ AÇIQLANIB
ZƏRƏRİN 500 MİN MANATI KEÇƏCƏYİ GÖZLƏNİLİR
YAĞIŞIN SIĞORTALI ƏMLAKLARA VURDUĞU ZİYANIN HƏCMİ AÇIQLANIB
Azərbaycan Sığortaçılar Assosiasiyası 4–6 aprel tarixində yağışın sığortalı əmlaklara vurduğu ziyanın həcmini açıqlayıb. İlkin proqnozlara əsasən, yekun zərər məbləğinin 500 min manatı keçəcəyi gözlənilir. Müraciətlərin böyük hissəsi – 417-si avtomobillərin icbari sığortası, 75-i kasko, 103-ü daşınmaz əmlakın icbari sığortası, 25-i isə əmlakın yanğın və digər risklərdən sığortası ilə bağlıdır.Məlumata görə, artıq 442 sığorta hadisəsi üzrə zərər qiymətləndirilib və ümumi məbləğ 311 min 720 manat təşkil edir.Statistikaya əsasən, hadisələrin böyük faizi Bakıda qeydə alınıb. https://apa.az/maliyye/yagisin-sigortali-emlaklara-vurdugu-ziyanin-hecmi-aciqlanib-954143




