DÖVLƏT XİDMƏTİNDƏN AÇIQLAMA
ƏN ÇOX VERGİ ÖDƏYƏN ŞİRKƏTLƏR HANSILARDIR?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci il üzrə ən çox vergi ödəyən şirkətlərin siyahısını açıqlayıb. Siyahıya yalnız məlumatlarının paylaşılmasına razılıq verən vergi ödəyiciləri daxil edilib.Marja.az xəbər verir ki, siyahı hazırlanarkən büdcə təşkilatları nəzərə alınmayıb. Həmçinin, dolayı vergilər -ƏDV və aksiz vergisi çıxılmaqla ən çox vergi hesablanan 100 vergi ödəyicisi də müəyyən edilib.İlk 5-likdə yer alan şirkətlər bunlardır.
1.AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ “AZNEFT” İSTEHSALAT BİRLİYİ-1508
2. “TABATERRA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-697 milyon manat
3. BP EKSPLOREYŞN LİMİTED ŞİRKƏTİNİN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ-662,7 milyon manat
4. “LUKOYL OVERSEAS ŞAH DƏNİZ LTD.” ŞİRKƏTİNİN BAKIDAKI NÜMAYƏNDƏLİYİ-435,2 milyon manat
5. “TURKISH PETROLEUM OVERSEAS COMPANY LTD.” ŞİRKƏTİNİN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ -429,9 Milyon manat
Dövlət Vergi Xidməti bildirir ki, bu addım şəffaflığın artırılması və vergi ödəyiciləri arasında könüllü ödəniş mədəniyyətinin təşviqi məqsədi daşıyır. Bu cür təşəbbüslər həm də iqtisadiyyatın leqallaşdırılmasına və sağlam rəqabətin güclənməsinə kömək edir. https://marja.az/135400/azerbaycanda-en-cox-vergi-odeyen-100-sirketin-adi-aciqlandi-siyahi




