BAKI AEROPORTUNDAN SƏRNİŞİNLƏRƏ XƏBƏRDARLIQ
UÇUŞDAN 3 SAAT ÖNCƏ HAVA LİMANINDA OLUN
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna hazırlıqla əlaqədar olaraq, 11 aprel gecəsi bəzi yollarda nəqliyyatın hərəkəti yoxlanılacaq və qismən məhdudlaşdırılacaq. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Məlumata görə, 12 aprel saat 01:30-dan 03:30-dək hava limanı istiqamətində hərəkətdə müvəqqəti dəyişikliklər olacaq.
Bu səbəbdən sərnişinlərə tövsiyə olunur ki,səfərlərini əvvəlcədən planlaşdırsınlar,yolda mümkün sıxlığı nəzərə alsınlar,alternativ olaraq Zığ şosesi istiqamətindən istifadə etsinlər.Həmçinin, gecikmələrin qarşısını almaq üçün hava limanına uçuşdan ən azı 3 saat əvvəl getmək məsləhətdir.Qeyd edək ki, şəhər mərkəzi ilə hava limanı arasında işləyən “Aeroekspress” avtobusu əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.




