AVROPADA TƏYYARƏ YANACAĞI YAYA QƏDƏR TÜKƏNƏ BİLƏR
BƏZİ ÖLKƏLƏRDƏ YALNIZ 10 GÜNLÜK EHTİYAT QALIB
AVROPADA TƏYYARƏ YANACAĞI YAYA QƏDƏR TÜKƏNƏ BİLƏR
Avropada təyyarə yanacağının çatışmazlığı səbəbindən uçuşlar yay aylarında dayandırıla bilər.Xarici KİV-in məlumatına görə bəzi ölkələrdə yalnız 10 günlük ehtiyat qalıb. Avropa ümumi təyyarə yanacağı ehtiyacının 43 faizini körfəz vasitəsilə idxal edir. Brüssel ABŞ, İsrail və İran arasında atəşkəsin qüvvədə qalacağına və tankerlərin Hörmüz boğazından keçməsinə imkan verəcəyinə ümid bəsləyir. Lakin müntəzəm daşımalar bərpa olunsa belə, tankerlərin gəlməsi və boşaldılması iki ayadək vaxt aparacaq.




