172 MİN NƏFƏR PENSİYA YAŞINA ÇATSA DA,PENSİYA ALA BİLMİR
BU ŞƏXSLƏRİN SAYI SON 7 İLDƏ İKİ DƏFƏ ARTIB
Azərbaycanda pensiya yaşına çatan, amma əmək pensiyası ala bilməyən şəxslərin sayı son 7 ildə 82 mindən 172 minə çatıb.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, 2026-ci ilin mart ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 172 min 359 nəfər olub.Məlumata görə, bu şəxslər “yaşa görə sosial müavinət” alırlar. Bu müavinət o insanlara verilir ki, pensiya yaşına çatsalar da, lazımi staj və ya tələbləri ödəmədikləri üçün əmək pensiyası ala bilmirlər.Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 64 il 6 aydır.




