PARİSDƏ QEYRİ-ADİ LOTOREYA
100 AVROLUQ BİLETLƏ MİLYONLUQ PİKASSO ƏSƏRİ QAZANDI
Parisdə yaşayan şəxs 100 avroya aldığı lotereya bileti ilə rəssam Pablo Pikassonun “Qadın başı” adlı əsərini qazanıb. Oxu.Az xəbər verir ki, rəsm Fransada Altsheymer xəstəliyinin araşdırılmasını dəstəkləyən fondun xeyrinə keçirilən “100 avroya 1 Pikasso” lotereyası çərçivəsində oynanılıb.
“Qadın başı” əsəri 1941-ci ildə yaradılıb və təxminən bir milyon avro dəyərində qiymətləndirilir. Qeyd olunur ki, bu cür aksiya ilk dəfə keçirilmir. Belə ki, 2020-ci ildə Pikassonun “Natürmort” əsəri də oxşar qaydada lotereyada oynanılıb.https://oxu.az/dunya/pikassonun-bir-milyon-avroluq-eseri-lotereyada-qazanildi




