AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
AZAL-IN TƏYYARƏ QƏZASINDA ÖLƏNLƏRƏ GÖRƏ KOMPENSASİYA VERİLƏCƏK
Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbədə görüşü zamanı əldə olunan anlaşmaya uyğun olaraq, tərəflər Rusiya hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər. bu barədə iki ölkənin Xarici İşlər Nazirliklərinin birgə bəyanatında deyilir.
Bildirilib ki, atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir.
“Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.




