17 İLDƏN SONRA İLK DƏFƏ İLİ ZƏRƏRLƏ BAŞA VURDU
“BOSCH” ZİYANIN ƏSAS SƏBƏBİNİ AÇIQLADI
Dünyanın ən böyük avtomobil komponentləri təchizatçılarından biri olan “Bosch” şirkəti son 17 ildə ilk dəfə maliyyə ilini zərərlə tamamlayıb. “Bild” nəşri yazır ki, 2025-ci ilin yekunlarına görə, şirkətin xalis zərəri 400 milyon avro təşkil edib. Halbuki 2024-cü ildə “Bosch”un vergiləri ödədikdən sonrakı mənfəəti 1.3 milyard avro olub. Daha əvvəl şirkət yalnız 2009-cu il qlobal böhran dövründə zərərə uğradığını açıqlayıb.Zərərin əsas səbəbi kimi işçi ixtisarları ilə bağlı xərclər göstərilir. Belə ki, “Bosch” bu məqsədlə 2.7 milyard avro vəsait sərf edib. Bundan əlavə, ABŞ tərəfindən tətbiq olunan rüsumlar, valyuta məzənnələrindəki dalğalanmalar və məhsulun yüksək maya dəyəri də şirkətin maliyyə nəticələrinə mənfi təsir göstərib.




