“İNDİYƏ QƏDƏRKİ ƏN BÖYÜK ENERJİ BÖHRANI”
CƏMİ 6 HƏFTƏLİK AVİASİYA YANACAĞI QALIB, BƏZİ UÇUŞLAR LƏĞV OLUNA BİLƏR
“Bəlkə də cəmi 6 həftəlik qədər aviasiya yanacağı qalıb və İran müharibəsi səbəbindən neft tədarükünün qarşısı alınmağa davam edərsə, yaxın zamanda uçuşlar ləğv oluna bilər” . Bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol “Associated Press” agentliyinə verdiyi müsahibədə deyib. O xəbərdarlıq edib ki, böhran benzinin, təbii qazın və elektrik enerjisinin kəskin bahalaşmasına səbəb olacaq. İlk növbədə Yaxın Şərqdən asılı olan Asiya ölkələri Yaponiya, Çin, Hindistan , ardınca isə Avropa və Amerika iqtisadiyyatı böyük zərbə alacaq.Fatih Birol bu vəziyyəti “indiyə qədər qarşılaşılan ən böyük enerji böhranı” kimi qiymətləndirib. Onun sözlərinə görə, boğazdakı blokada davam edərsə, bu, qlobal iqtisadi artımı zəiflədəcək və inflyasiyanı sürətləndirəcək.




