ÇİNLİ SAHİBKARDAN QEYRİ-ADİ QƏRAR
“ƏGƏR XOŞBƏXT DEYİLSİNİZSƏ,İŞƏ GƏLMƏYİN”
“Əgər xoşbəxt deyilsinizsə, işə gəlməyin.” Çinli şirkət sahibi Times qəzetinə verdiyi müsahibədə belə deyib.“Hər kəsin xoşbəxt olmadığı anlar olur. Buna görə də, əgər özünüzü yaxşı hiss etmirsinizsə, işə gəlməyin.Qeyd edək ki,Pang Dong Lai pərakəndə satış şəbəkəsinin qurucusu və prezidenti olan Yu Donglai, iş dünyasında fərqli yanaşması ilə diqqət çəkir.Şirkət, işçilərin özlərini kədərli və ya stresli hiss etdikləri zaman rəhbərlikdən icazə almadan məzuniyyət götürmələrinə imkan yaradan
“Kədər məzuniyyəti” tətbiqini həyata keçirib.Bu yanaşma, işçilərin həm psixoloji, həm də fiziki sağlamlığını qorumağa yönəlmiş daha geniş iş–həyat balansını dəstəkləyən strategiyanın bir hissəsi kimi qiymətləndirilir.




