“BÜTÜN ELEKTRİK STANSİYALARI VƏ KÖRPÜLƏRİ VURACAĞIQ”
İRAN ABŞ İLƏ DANIŞIQLARDAN İMTİNA ETDİ?
İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib. İRNA agentliyinin məlimatına görə rəsmi Tehranın bu qərarı Vaşinqtonun həddindən artıq tələbləri, qeyri-real gözləntiləri, mövqelərdəki davamlı dəyişikliklər, təkrarlanan ziddiyyətlər və dəniz blokadası ilə bağlıdır. Həmin bu açıqlamadan bir qədər sonra İran, guya İslamabadda ABŞ ilə ikinci raund danışıqlarında iştirak etməyəcəyi barədə xəbərləri təkzib edib. Bildirilib ki, “ABŞ tərəfindən yayılan xəbərlər onların media oyunu və İrana təzyiq göstərmək məqsədilə həyata keçirilən “günahlandırma oyunu”nun bir hissəsidir”.Qeyd edək ki, 8 apreldə tərəflər arasında əldə edilən iki həftəlik atəşkəs razılaşmasından sonra İslamabadda 11 apreldə danışıqlar keçirilib, lakin nəticəsiz başa çatıb.Növbəti danışıqların 21 apreldə baş tutacağı gözlənilir.Bu arada ABŞ prezidenti Donald Tramp Vaşinqtonun “məqbul bir razılaşma” təklif etdiyini və İranın bunu qəbul etmədiyi təqdirdə , bütün elektrik stansiyalarını və körpüləri vuracağını deyib.




