REGİONUN ƏN BAHALI MÜLKLƏRİ BURDA OLACAQ
TBİLİSİDƏ 70 MƏRTƏBƏLİ “TRUMP TOWER” TİKİLƏCƏK
ABŞ prezidenti Donald Trampa məxsus olan “Trump Organization”, Gürcüstan paytaxtında çoxfunksiyalı nəhəng göydələn kompleksinin inşasına başlayacaq.FED.az xəbər verir ki, bu bina Tbilisidəki ən hündür tikili statusunu qazanacaq.70 mərtəbəli ‘Trump Tower Tbilisi’ təkcə paytaxtın simasını dəyişməyəcək, həm də regionun ən bahalı mülklərinə ev sahibliyi edəcək»-deyə bildirilir. Layihənin memarlıq işləri dünyaca məşhur Gensler bürosuna həvalə edilib.Maraqlıdır ki, bu layihə yeni deyil, əslində “Trump Tower Tbilisi” layihəsi 2012-ci ildə Mixail Saakaşvilinin dövründə elan edilib,lakin sonra dondurulub.2026-cı ildə layihənin yenidən aktivləşməsi Gürcüstanda investisiya mühitinin canlanması ilə əlaqələndirilir. Xatırladaq ki, şirkət “Trump Organization» adlansa da, Donald Trampın özü 2017-ciildən bəri şirkətin gündəlik işlərində şəxsən iştirak etmir. Hazırda layihəni onun övladları — vitse-prezidentlər Erik və Kiçik Donald Tramp idarə edir.




