KÜLƏK ENERJİSİNDƏ CİDDİ ARTIM
KÜLƏK ENERJİSİNDƏ CİDDİ ARTIM
ELEKTRİK İSTEHSALI 7 MİLYARD KVT ST-YA YAXIN OLUB
2026-cı ilin ilk rübündə Azərbaycanda ümumilikdə 6 991 mln. kilovat saata elektrik enerjisi istehsal edilib. Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu dövrdə istehsalın əsas hissəsi istilik elektrik stansiyalarının payına düşüb – 6 066 mln. kVt·st. Su elektrik stansiyalarında 510,5 mln. kVt·st, digər mənbələrdə isə 414,5 mln. kVt·st enerji istehsal olunub.Bərpa olunan enerji mənbələri üzrə ümumi istehsal 925 mln. kVt·st təşkil edib. Buraya külək, günəş və tullantıların emalı üzrə enerji daxildir. Xüsusilə külək enerjisi 2025-ci illə müqayisədə ciddi artım göstərib.




