VAHİD ƏLƏKBƏROV İLK ÜÇLÜKDƏ YER ALDI
155 MİLYARDERLİK YENİ SİYAHI AÇIQLANDI
“Forbes” jurnalı Rusiyanın ən varlı iş adamlarının yeni siyahısını təqdim edib.
Modern.az-ın məlumatına görə, siyahıda ümumilikdə 155 milyarderin adı yer alıb.Ən varlı rus iş adamlarının ilk beşliyində bu şəxslər yer alıb.
Aleksey Mordaşov – 37 milyard dollar
Vladimir Potanin – 29,5 milyard dollar
Vahid Ələkbərov – 29,5 milyard dollar
Leonid Mixelson və ailəsi – 28 milyard dollar
Süleyman Kərimov və ailəsi – 25,7 milyard dollar
Siyahıdan göründüyü kimi, Rusiyanın üçüncü ən varlı şəxsi “Lukoyl”un keçmiş sahibi, “Gələcəyimiz” Fondunun İctimai Şurasının sədri, azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.
Bununla yanaşı, siyahıda daha üç Azərbaycan əsilli milyarder də yer alıb.
Zarax İliyev – 5,1 milyard dollar (37-ci yer)
Qod Nisanov – 5,1 milyard dollar (38-ci yer)-Onlar birlikdə “Kiyevskaya ploşad”şirkətini idarə edir və böyük ticarət mərkəzlərinə sahibdirlər.
Fərhad Əhmədov isə 1,7 milyard dollarla siyahıda 86-cı yerdədir.O, vaxtilə Northgaz şirkətindəki payını sataraq böyük sərvət qazanıb və sonradan müxtəlif iri şirkətlərə investisiya edib.




