VERGİ ORQANLARI I RÜBDƏ 89 CİNAYƏT İŞİ AÇIB
19 OBYEKTDƏ OPERATİV VERGİ NƏZARƏTİ TƏDBİRLƏRİ HƏYATA KEÇİRİLİB
2026-cı ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 89 cinayət işi başlanılıb. 23 nəfər barəsində 19 cinayət işi üzrə ittiham aktı baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. İcraatına xitam verilmiş 12 cinayət işi, o cümlədən cinayət işinin başlanılması rədd olunan 51 material və ibtidai istintaqı tamamlanan 5 cinayət işi üzrə 2 milyon 180 min 10 manat məbləğində vurulan ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan əlavə, icraatı davam edən cinayət işləri və materiallar üzrə dövlət büdcəsinə ümumilikdə 4 milyon 185 min 40 manat vurulan ziyanın ödənilməsi təmin olunub. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən 14 vergi ödəyicisinə məxsus 19 obyektdə operativ vergi nəzarəti tədbirləri həyata keçirilib və 9 vergi ödəyicisinə məxsus 10 obyektdə ümumilikdə 30 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkarlanıb. Həmin şəxslərin əmək hüquqları bərpa olunub və aidiyyəti vergi ödəyiciləri barəsində müvafiq tədbirlər görülərək ümumilikdə 60 min manat maliyyə sanksiyası tətbiq edilib.




