2026-CI İLİN İLK RÜBÜNÜ ZƏRƏRLƏ BAŞA VURDU
DÜNYANIN ƏN BÖYÜK FONDU MİLYARDLARLA DOLLAR İTİRDİ
2,1 trilyon dollar həcmində aktivləri idarə edən və dünyanın ən iri suveren sərvət fondu hesab edilən Norveç Hökumət Qlobal Pensiya Fondu 2026-cı ilin ilk rübünü maliyyə itkisi ilə başa vurub.Oxu.azın Məlumatına görə, fondun səhmlərə yatırdığı investisiyalar 2.6%, istiqrazlara yönəldilən vəsaitlər isə 0.2% azalıb, daşınmaz əmlak yatırımları 1.2% artım göstərsə də, bərpa olunan enerji sahəsində 1.9% geriləmə qeydə alınıb.Fondun nümayəndələri bildiriblər ki, əsas itki qlobal bazarlarda, xüsusilə ABŞ-nin Apple,Microsoft,Alphabet,Amazon, Nvidia kimi iri texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşması ilə bağlıdır.Qeyd olunur ki, Yaxın Şərqdə baş verən gərginlik və Norveç kronunun möhkəmlənməsi də fondun nəticələrinə mənfi təsir edib.Nəticədə, ilin ilk üç ayında fondun ümumi dəyəri təxminən 14 milyard dollar azalaraq son bir ildə ilk enişini qeydə alıb.




