FUTBOLUN NƏHƏNGLƏRİ
DÜNYANIN ƏN BAHALI KLUBLARININ ADI AÇIQLANIB
Real Madrid Futbol klubu təkcə meydanda deyil, maliyyə baxımından da zirvədədir. Sportico media və araşdırma platformasının hazırladığı siyahıya görə klub 7,7 milyard dollar dəyəri ilə dünyanın ən bahalı futbol klubu seçilib. İkinci pillədə Barcelona FK – 6,65 milyard dollarla , üçüncü yerdə isə Manchester United FK -6,47 milyard dollarla qərarlaşıb. İlk beşliyi Bayern Munxen və Liverpool FK tamamlayır. Siyahıda diqqət çəkən məqamlardan biri də Lionel Messinin çıxış etdiyi Inter Miami futbol klubunun 16-cı yerdə olmasıdır. Klubun dəyəri 1,45 milyard dollar hesablanıb.Araşdırmada klubların gəlirləri, brend gücü, azarkeş bazası, liqaların iqtisadi imkanları və bazar dəyəri nəzərə alınıb.




