DÜNYA SİLAHLANMAYA MİLYARDLAR XƏRCLƏYİR
DÜNYA SİLAHLANMAYA MİLYARDLAR XƏRCLƏYİR
ƏN ÇOX HƏRBİ XƏRCLƏR HANSI ÖLKƏLƏRİN PAYINA DÜŞÜR?
2025-ci ildə dünya üzrə hərbi xərclər 2,887 trilyon ABŞ dollarına yüksəlib və bu göstərici ardıcıl olaraq artıq 11-ci ildir artım nümayiş etdirir.APA xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında qeyd olunub.Hesabatda bildirilib ki, qlobal hərbi xərclərin yarıdan çoxu üç ölkənin – ABŞ, Çin və Rusiyanın payına düşüb.Bildirilir ki, ən çox hərbi xərcləri olan ABŞ, Çin və Rusiya ümumilikdə 1,48 trilyon dollar xərcləyib ki, bu da dünya üzrə ümumi xərclərin 51 faizini təşkil edir. Eyni zamanda, hərbi xərclərin dünya ÜDM-də payı 2,5 faizə yüksəlib. Bu da 2009-cu ildən bəri ən yüksək göstəricidir.




