MÜHARİBƏNİ DAYANDIRMAQ TƏKLİFİ
İRAN ABŞ-YƏ YENİ ŞƏRT İRƏLİ SÜRDÜ
İran Amerika Birləşmiş Ştatlarına Hörmüz boğazının açılmasını və müharibəni dayandırmağı təklif edib. Həmçinin, Tehranın nüvə proqramı ilə bağlı danışıqların daha sonraya keçirilməsi təklifi irəli sürülüb. Bu barədə “AksiOs” portalı məlumat yayıb. Qeyd olunub ki, diplomatik proses dayanıb və Tehranda nüvə proqramı ilə bağlı güzəştə getmək məsələsində vahid bir mövqe yoxdur. Bu təklif isə razılaşmanın daha tez əldə olunması üçün həmin problemi müvəqqəti olaraq kənara qoymağa imkan verə bilər. “Aksios”un istinad etdiyi 3 amerikalı məmurun sözlərinə görə, Donald Tramp milli təhlükəsizlik və xarici siyasət üzrə komandasının rəhbərləri ilə İran mövzusunda iclas keçirməyi planlaşdırır. İran tərəfinin isə bu xəbər ilə bağlı rəsmi mövqeyi hələ ki yoxdur.




