DÜNYADA İLK
YAPONİYA MEQAVATLIQ SUALTI TURBİN İŞƏ SALIR
Yaponiya enerji sahəsində inqilabi addım atmağa hazırlaşır. Ölkə Kurosio cərəyanında dünyanın ilk meqavatlıq sualtı turbinini sınaqdan keçirir. Bu qeyri-adi texnologiya külək və günəş enerjisindən fərqli olaraq hava şəraitindən asılı deyil və sutkanın 24 saatı fasiləsiz enerji istehsal edə bilir. Mütəxəssislərin hesablamalarına görə, bu sistemin potensial gücü 205 giqavata qədər çata bilər. Bu isə demək olar ki, Yaponiyanın bütün enerji tələbatını qarşılamağa bərabərdir.Əgər layihə uğurla nəticələnərsə, okean cərəyanları gələcəyin nəhəng “yaşıl elektrik stansiyası”na çevrilə bilər. Bu isə həm ekoloji təmiz enerji, həm də enerji təhlükəsizliyi baxımından dünya üçün yeni bir dövrün başlanğıcı ola bilər.




