DÖVLƏT BÜDCƏSİNDƏN 65 MİN AVRO AYRILIB
ANGELA MERKELİN SAÇ VƏ MAKİYAJ XƏRCLƏRİ AÇIQLANDI
Almaniyanın keçmiş kansleri Angela Merkel saç və makiyaj xidmətlərinə dövlət büdcəsindən təxminən 65 000 avro xərcləyib. Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniya Bundestaqının mətbuat xidməti məlumat yayıb. Bundan əlavə, eyni dövrdə Merkel doqquz səfər edib və dövlət büdcəsindən 10 000 avrodan çox xərcləyib.Almaniyanın keçmiş kansleri Olaf Şolts da öz növbəsində dörd səfər edib və 6000 avrodan çox xərcləyib.




