HƏLAK OLAN MİNATƏMİZLƏYƏNLƏRİN AİLƏLƏRİNƏ YENİ GÜZƏŞT
ÖVLADLARININ TƏHSİL HAQQI DÖVLƏT HESABINA ÖDƏNİLƏCƏK
Milli Məclis minatəmizləmə zamanı həlak olan şəxslərin ailələri ilə bağlı yeni qərar qəbul edib.Qanuna edilən dəyişikliyə əsasən, minatəmizləmə işləri zamanı həyatını itirən şəxslərin övladlarının təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək. Bu, dövlət və özəl olmaqla bütün təhsil müəssisələrinə aiddir. Yalnız əlavə təhsil bu siyahıya daxil deyil. Bu qayda 2026-cı il sentyabrın 15-dən qüvvəyə minəcək. Həmçinin bu tarixdən əvvəl minatəmizləmə zamanı həlak olan və ya aldığı xəsarətdən dünyasını dəyişən şəxslərin 23 yaşadək övladlarına da şamil olunacaq. Həmçinin minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub.




