MALİYYƏ İCARƏSİ REYESTRİ YARADILACAQ
QEYDİYYATA DÜŞMƏK ÜÇÜN 550 MANAT ÖDƏMƏLİSİNİZ
Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq. Belə ki, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin bu reyestrə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyənləşir. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər reyestrə daxil olmaq üçün 550 manat dövlət rüsumu ödəyəcəklər. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.




