“TİTANİK” SƏRNİŞİNİN QIZIL SAATI HƏRRACA ÇIXARILDI
18 KARATLIQ CİB SAATI 1 MİLYONA SATILDI
“Titanik” gəmisinin ən varlı sərnişinlərindən biri olan Con Ceykob Astor IV-yə məxsus 18 karatlıq qızıl cib saatı hərracda 1 milyon dollara satılıb.Məlumata görə, “Patek Philippe” markalı bu saat 1904-cü ildə “Tiffany & Co.” tərəfindən hazırlanıb və uzun illər Astor ailəsində qorunub saxlanılıb.Eyni hərracda satışa çıxarılan qızıl karandaş isə 204,8 min dollara alıcı tapıb. Bu məbləğ onun ilkin qiymətini xeyli üstələyib.




