PREZİDENTDƏN MÜHÜM SƏRƏNCAM
SELİN FƏSADLARININ ARADAN QALDIRILMASINA 86 MİLYON MANATA YAXIN PUL AYRILDI
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Sənədə əsasən 2026-cı ilin mart–aprel aylarında Bakı və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəyən zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ¬cəkdə analoji halların təkrarlanmaması üçün dövlət büdcəsində nəzərdə tutulan prezidentin ehtiyat fondundan ümumilikdə 85 milyon 869 min 260 manat vəsait ayrılacaq. Onun 8 milyon 876 min 210 manatı Fövqəladə Hallar Nazirliyinə, 1 milyon 437 min 315 manatı Bakı Şəhər İcra Hakimiyyətinə, 21 milyon 443 min 875 manatı Dövlət Su Ehtiyatları Agentliyinə, 39 milyon 103 min 600 manatı Avtomobil Yolları Dövlət Agentliyinə və 15 milyon 8 min 260 manatı “Azərişıq”ın hesabına köçürüləcək. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.




