BANKLARIN XALİS MƏNFƏƏTİ 47% ARTIB
BANKLARIN XALİS MƏNFƏƏTİ 47% ARTIB
XARİCİ ÖHDƏLİKLƏR 470 MLN. MANATA YAXIN AZALIB
Bu il aprel ayının 1-ə Azərbaycanda bankların cəmi aktivləri 57 milyard 960.8 milyon manat təşkil edib.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Hesabat dövrünə bankların cəmi öhdəlikləri 50 milyard 292.5 milyon manat, balans kapitalı isə 7 milyard 668.3 milyon manat olub.Bildirilib ki, 2026-cı ilin I rübü ərzində banklar 372 mln. manat xalis mənfəət əldə edib. Bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur.İlk rüb üzrə bankların əməliyyat mənfəəti isə 521 mln. manat təşkil edib.Bundan əlavə, müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 84.6 mln. manat məbləğində mənfəət vergisi ödənilib. Bank sektorunun xarici öhdəliklərinə gəlincə, 2026-cı ilin əvvəlinə nəzərən 467 mln. manat azalıb və 2 mlrd. 794.8 mln. manata enib. Qeyd edilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyri-rezident banklardan cəlb olunan qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.




